Bu gün səhər saatlarında ABŞ silahlı qüvvələrinin "Delta" xüsusi təyinatlı qüvvələrinin helikopterlə Venesuela Prezidenti Nikolas Maduro və arvadını Karakasda ələ keçirməsi dünyada böyük ajiotaj yaradıb.

Mia.az xəbr verir ki, məsələyə politoloq Şahin Cəfərli maraqlı şərh verib.

Onun sözlərinə görə, bu, Venesuela rejiminin çürüklüyündənxəbər verir: "Görün rejim nə qədər çürük imiş ki, başqa bir dövlət helikopterlə gəlib, çox rahatlıqla diktatoru götürüb aparır. Hansı ki, helikopteri aşağı enərkən adi avtomat silah, hətta tapança ilə də vurmaq mümkündür. Legitimliyini öz xalqından almayan rejimlər kənardan bir çırtma ilə də çökə bilər".

Firudin Səfərli

MİA.AZ