Amerika Birləşmiş Ştatlarının hərbi təyyarələri İraqın paytaxtı Bağdad yaxınlığında İŞİD qruplaşmasının mövqelərinə aviazərbələr endirib. 

ANS TV-nin məlumatına görə, bu barədə ABŞ-ın CNN telekanalı xəbər verib. Pentaqon rəsmiləri bu hücum ilə İraqda İŞİD qruplaşmasına qarşı intensiv əməliyyatın başladığını bildiriblər. 

Aviazərbələr İraq təhlükəsizlik qüvvələrinə dəstək məqsədi ilə endirilib.