Bu gün Suriyanın mərkəzində yerləşən Homs əyalətində məscidə terror törədilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əli Talib məscidində cümə namazı zamanı partlayış olub.
Məlumata görə, partlayşda səkkiz nəfər ölüb, 18 nəfər yaralanıb.
Suriya rəsmi agentliyi SANA-nın məlumatına görə, məscidə bombalar namazdan əvvəl tyerləşdirilib: "Namaz vaxtı isə uzaqdan idarə olunaraq işə salınıb. Hadisə ilə bağlı araşdırma başlayıb".
Lamiyə Əhmədli
MİA.AZ