Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) yeni ildə ölkəni qana buamağa hazırlaşan İŞİD terrorçusu İbrahim Burtakuçini qandallayb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat Malatyada baş tutub.
Milli Kəşfiyyat Təşkilatından bildirilib ki, kəşfiyyat işləri nəticəsində İbrahim Burtakuçinin Türkiyədə İŞİD adından fəaliyyət göstərdiyi, Türkiyədən Suriyaya keçərək aktiv İŞİD-çilərə qoşulmaq istədiyi ilə yanaşı, Yeni il ərzində Türkiyədə İŞİD adından terror planladığı bəlli olub: "Bundan başqa, Burtakuçinin həm ölkə daxilində, həm də xaricdə bir çox İŞİD tərəfdarı ilə əlaqədə olduğu müəyyən olunub. Əməliyyatla o, saxlandığı evdə - Malatyada tutulub. Əməliyyat axtarış zamanı ona məxsus materiallar aşkarlanaraq götürülüb..."
Firudun Səfərli
MİA.AZ