Türkiyənin hakim partiyası olan AK Partiyanın Şanlıurfadan deputatı seçilmiş Cevahir Asuman Yazmacının ayaqqabısı müzakirəyə səbəb olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, deputatln ayaqqabısının bahalı olması ilə yanaşı, görünüşü də ciddi media orqanlarında tirajlanıb.
Bildirilib ki, deputatın geyindiyi ayaqqabının minimal dəyəri 52500 TL (2100 manat-Mia.az) dəyərində ayaqqabı geyinərək, sosial ədaltdən danışması məntiqsizdir...
Məlumata görə, deputatın "Prada" ayaqqabıları sosial mediada da trend mövzusuna çevrilib.
Deputatın fotolarının altında yazılan şərhlərin demək olar ki, hamısı tənqid xarakterli olub: "İzləyicilərin əksəriyyəti deputatı zövqsüz sayıblar..."
Firudun Səfərli
MİA.AZ


