Qəzzada iki il əvvəl bombardman edilmiş evin dağıntıları altında qalan insanların cəsədlərinin axtarışı davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda Qəzza zolağında - Xan Yunisdə iki il əvvəl bombardmandan sonra çökən binanın altında qalmış 25 nəfərin cəsədi çıxarılıb: "Mülki müdafiə qüvvələri iki il əvvəl Xan Yunisin Əs-Sətr əl-Qərbi bölgəsində evin dağıntıları altında qalaraq canlarından olan jurnalist Hiba əl-Abadile və anası da daxil olmaqla 25 nəfərin cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər...".
Məlumatda deyilir ki, dağıntılar altında hələ də minlərlə insan qalıb.
Tahir Şəlvəli
MİA.AZ