"Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini pisləyirik".

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın Venesuelanı blokadaya almasını çox yaxından izləyir: "Biz Karib dənizində yaşanan qanunsuzluğu diqqətlı müşahidə edirik. Burada piratçılıq, basqınlar və əmlakın qanunsuz ələ keçirilməsi kimi xoş olmayan təcrübələr yenidən canlanır. Biz bu cür halları qətiyyətlə pisləyir və dəniz ticarətində hər kəsi qanunun aliliyinə çağırırıq. Dağıdıcı ssenarinin qarşısının alınması vacibdir. Rusiya Venesuelanın suverenliyini, milli maraqlarını və qanunu hakimiyyətini qorumaq səylərini dəstəkləyir".

Samir Musayev

MİA.AZ