Türkiyənin paytaxtı Ankarada FETÖ-yə qarşı yeni əməliyyat həyata keçrilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat çərçivəsində FETÖ-nün "gizli dövlət sektoru strukturu"na daxil olan şəxslər saxlanılıb.

Ankara Baş Prokurorluğunun açıqlamasına görə, istintaq çərçivəsində 20 şübhəli müəyyən olunaraq saxlanılıblar: "Onlardan 14-ü vaxtilə işdən çıxarılıb, 5-i hazırda işləyən, 1-i isə mülki şəxsdir. Hamısı müxtəlif dövlət qurumlarında çalışır və təşkilati fəaliyyətlərdə iştiraklarına dair dəlillər əldə edilib".

Xəbərdə deyilir ki, saxlanılanlar haqqında həbs qətimkan tədbiri seçilib.

Firudin Səfərli

MİA.AZ