Türkiyədə İŞİD terror təşkilatına qarşı fasiləsiz əməliyyat davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə şəhərdə baş tutan növbəti əməliyyatda 115 İŞİD üzvü saxlanılıb.
Məlumata görə, İŞİD silahlı terror təşkilatının qarşıdan gələn Milad və Yeni il tədbirləri zamanı Türkiyədə əsasən qeyri-müsəlmanları hədəf alan hücumlar planlaşdırdığına dair informasiya alınıb və bunun üzərində uğurlu əməliyyat keçirilib: "Əvvəlcədən adları mçüəyyən olumuş 137 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilsə də, onlardan 115-i tutulub. Əməliyyat zamanı çoxlu tapançalar, sursat və bir çox təşkilati sənəd aşkarlanaraq götürülüb. Digərlərinin axtarışı davam edir".
Firudin Səfərli
MİA.AZ