2000-ci illərdə yayımlanan "Ned's Declassified School Survival Guide" serialındakı rolu ilə tanınan aktyor Taylor Çeyzin həyatı alt-üst olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, artıq illərdir Los-Anceles küçələrində evsiz-eşiksiz - bomj həyatı yaşayır.
Hazırda 36 yaşı olan keçmiş aktyorun durumu ABŞ-da mediada tiarajlanıb. Aydın olub ki, Taylor Çeyzın geridönüşü çox çətin görünür...
Məlumatda onunla eyni serialda yer alan aktyorlar Devon Verkheyzer və Daniel Körtis Linin açıqlamalarına da yer verilib. Hər iki aktyor bu durumdan çox sarsıldıqlarını, lakin əllərindən bir iş gəlmədiyini etiraf ediblər.
Yeri gəlmişkən, Çeyzin hazırkı həyat təcrübəsi əyləncə dünyasında azyaşlıların erkən şöhrətə qovuşmasından sonra hansı yollara düşə bləcəyininə də işıq salır...
Ləman
MİA.AZ


