Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Milli müdafə naizri Yaşar Gülər və Milli Kşfiyyat İdarəsinin rəhbəri İbrahim Kaın Suriyada səfərdədir.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, Ankaranın rəsmi heyəti  Dəməşqdə olarkən PKK-nın Suriyadakı silahlı qanadı sayılan Suriya demokrayik Qüvvələri (SDF/YPG) qruplaşması güc nümayiş etdirib.

Məlumta görə, XİN başçısı Hakan Fidan Dəməşqdə hımkarı ilə birlikdə mətbuat konfransında "SDQ Suriya ordusuna gecikmədən inteqrasiya olunmalıdır", - sözlərinin mürəkkəbi qurumamış  terror qruplaşması Suriya ordusuna hücum edib: "SDQ silahlıları Hələb əyalətinin Şeyhan və Leramon bölgələri yaxınlığında Suriya ordusuna gözlənilməz zərbələr endirib. Nəticədə toqquşma başlayıb. Suriya ordusu dərhal SDQ/YPG qüvələrinə cavab zərbəsi endirib"

Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, toqquşma zamanı iki hərbçiylə yanaşı, mülki şəxslər də yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ