Türkiyə kəşfiyyatı ölkə xaricində növbəti sensasiyalı əməliyyat həyata keçirib.
Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, Milli Kəşfiyyat İdarəsi (MİT) Əfqanıstan-Pakistan sərhəd bölgəsində İŞİD-in liderlərindən olan və "intihar hücum"larının təşkilatçısı Mehmet Göreni qandallayıb.
Məlumata görə, türk əsilliterrorçu artıq Türkiyəyə gətirilib: "Kəşfiyyat bölmələri "Yəhya" kod adlı Mehmet Görenin əvvəllər tutularaq Türkiyəyə gətirilən və həbs edilən "Əbu Yasir Əl Türki" kod adlı Özgür Altunla birlikdə fəaliyyət göstərdiyini müəyyən edib. Görənin İŞİD elementlərinin Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə köçürülməsində əsas rol oynadığı təsdiqlənib. Bundan əlavə, terrorçunun Əfqanıstan, Pakistan, Türkiyə və Avropada mülki şəxsləri hədəf alan qanlı intihar hücumları törətməyə hazırlaşdığı haqda da informasiyalar dolaşır..."
Hüseyn Namazov
MİA.AZ