Livan ordusu ölkənin cənubundakı Nəbatiyyə əyalətində kameralı İsrail casus qurğusu ələ keçirib.
Mia.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə Livan ordusu bəyanat yayıb.
Bildirilib ki, İsrailin tez-tez hücum elədiyi cənub bölgələrində axtarış əməliyyatları aparılarkən belə qurğu aşkarlanıb: "Nəbatiyyə sərhəd xəttindəki Yarun şəhərində əməliyyatlar zamanı aşkarlanan kameralı casus qurğusu zərərsizləşdirilib".
Tahir Şəlvəli
MİA.AZ