Meyxanaçı Ağakərim vəfat edib.
Meyxana ustadı Ağamirzə Məmmədov bildirib ki, Ağakərim bu gün Maştağada - valideynlərinin yanında dəfn olunacaq: "Vida mərasimi də Maştağa kəndində keçiriləcək. Allah ailəsinə, yaxınlarına səbr versin. 8 il yataq xəstəsi oldu. Dəfələrlə onu itirməklə üz-üzə qalmışıq. Ruhu şad olsun. Çox ağrı, acı çəkdi”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.