Hindistanın Carxand əyalətində fillər selfi çəkmək istəyənlərə hücum edib.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, vəhşi fillər  beş nəfəri ayaqları altında əzərək, öldürüb.

Məlumata görə, onlardan ikisi qadın olub: "Əvvəlcə Şirka meşə ərazisində üç nəfər qəfildən fillərin hücumuna məruz qalıb. Onların hər üçü fillərin hücumundan qurtula bilməyib. Bundan bir neçə saat sonra isə  Rançinin Anqara rayonunun Jidu kəndində fillərin hücumuna məruz qalan 32 və 36 yaşlı iki kişi faciəli şəkildə can veriblər...".

Əyalətin meşə idarəsindən bildirilib i, ölənlərin bəziləri tanınmaz haldadır: "Fillər onları ayaqları altında elə zəib ki, şəxsiyyətlərini  müəyyən etmək üçün ekspertiza təyin olunub"

Məlumatda o da deyilir ki, ölənər vəhşi fil sürüsü ilə selfi çəkmək istəyərkən hücuma məruz qalıblar.

Tahir Şəlvəli

MİA.AZ