Ankarada təşkil olunan Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu başa çatıb.

Mia.az xəbər verir ki, tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türkdilli ölkələrdən rəsmi şəxslər, media rəhbərləri, ekspertlər və jurnalistlər iştirak ediblər.

Forum çərçivəsində təmsilçi ölkələrin rəsmi şəxslərinin iştirakı ilə panel müzakirələr aparılıb.

Qeyd edək ki, forumun məqsədi türk dövlətləri arasında effektiv ünsiyyət platforması yaratmaq və yuxarıda adı çəkilən ölkələrin yüksək səviyyəli informasiya rəsmilərini, eləcə də media nümayəndələrini, alimləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdir.