"ABŞ-ın Venesuelanı blokadaya alması, neft tankerlərinin giriş-çıxışına imkan verməməsi bölgədə gərginlliyi daha da artırır. Biz yaranmış vəziyyəti çox təhlükəli hesab edirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Latın Amerikası bölgəsində gərginliyə son qoyulmalıdır: "Region ölkələri təmkinli davranmalıdır. Venesuela bizim müttəfiqimiz, tərəfdaşımızdır. Ən yüksək səviyyədə daimi əlaqələrimiz var...".

Samir Musayev

MİA.AZ