MHP lideri Dövlət Baxçalı DEM Partiyasının 4 yanvarda terrorçu lideri Abdullah Öcalanın azadlığıa buraxılma tələbiylə keçirməyi planlaşdırdığı mitinqə etiraz edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, mitinq təyini elə bağlı hər hansı bir problem olmadığını desə də, aksiyada səslənəcək tələblərin "terrorsuz Türkiyə" prosesinə təsiretmə ehtimalının olduğuna eyham vurub.
MHP sədri DEM Partiyasının 4 yanvar 2026-cı il tarixli mitinqində PKK liderini barədə tələbi də gərəksiz sayıb: "Əvvəlcə deməliyəm ki, ifadə və düşüncə azadlığının qanuni məhdudiyyətləri daxilində, mövcud qanunlar və konstitusiya müddəaları çərçivəsində hər kəsin, hər bir siyasi partiyanın toplaşmaq, nümayiş etdirmək və açıq havada görüşlər keçirmək hüququ var. Demokratiyanın təbiəti və onun ümumi qəbul edilmiş prinsipləri bu baxımdan aydındır və hamıya məlumdur. Bu baxımından DEM Partiyasının 4 yanvar 2026-cı ildə keçirəcəyi mitinqdə heç bir problem yoxdur. Əlbəttə ki, onlar toplaşıb gözləntilərini, tələblərini və düşüncələrini ifadə edə bilərlər. Lakin ümid edirəm ki, mitinqdə PKK liderinin 27 fevral 2025-ci il tarixli çağırışı və o çağırışda açıq şəkildə həbsdən azad olmaq tələbi olmadığı unudulmayacaq. Bu çağırış bizim üçün yeganə məcburi çağırışdır. Bu kontekstdən hesab edirəm ki, DEM Partiyası və separatçı terror təşkilatının bütün qolları 27 fevral çağırışının əksinə davranmayacaq. Əksi halda isə bu, "Terrorsuz Türkiyə" prosesini yavaşladacaq".
Tahir Şəlvəli
MİA.AZ