Meksikada təyyarə qəzaya düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə baş verib.

Məlumata görə, eniş etmək istəyən kiçiktutumlu bir təyyarə, Toluka Hava Limanından təxminən 5 kilometr aralıda qəzaya uğrayıb: "Təyyarədə 8 sərnişin və 2 heyət üzvü olub. Onlardan 7-nin cəsədi tapılıb, 3 nəfərin axtarışı davam edir. Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır"

Samir Musayev

MİA.AZ