Bu gün deputat Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasının Qadınlar Şurası İdarə Heyətinin iclası keçirilib.
Partiyaddan Mia.az-a verilən məlumata görə, iclasda aşağıdakı məsələlərin müzakirəsi həyata keçirilib:
1. Təşkilati məsələ
2. 2014-cü ilin IV kvartalının iş planının qəbul olunması
3. Bələdiyyə seçkilərində Ana Vətən Partiyasının qadın üzvlərinin iştirakı məsələsi
Təşkilatı məsələyə baxan iclas iştirakçıları Cəbrayıl rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Xəlilovanın İdarə Heyətindəki üzvlüyünə xitam vermiş, Binəqədi rayon Qadınlar Şurasının sədri Mətanət Mövsümovanı isə İdarə Heyətinə üzv qəbul edilib.
Bundan əlavə, gündəlikdə duran II məsələnin ətrafında geniş müzakirə aparan İdarə Heyəti IV kvartalda görüləcək işləri bir daha nəzərdən keçirmiş və iş planını təsdiq olunub.
Sonda isə qərara alınıb ki, partiyanın üzvü olan qadınlar bələdiyyə seşkilərində fəal iştirakı etsinlər.