"Ölkənin ən nəhəng topdan və pərakəndə satış mərkəzlərindən “Binə” Ticarət Mərkəzinin işıqları söndürülüb. Bazar günü… Bayram qabağı... Qaranlıq və soyuq bazarı iflic edib, dükan sahibləri obyektləri məcbur bağlayır. Alan və satan 5 manat qabağa düşərdi, axı. “Rəşadətli” büdcə qoruyucuları gərək mütləq barmaq eləsinlər. Yoxsa, büdcə böyrü üstə qalar, qalstuklu, kabinetli oğruların “gəlir”i azalar".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı sosial medai səhifəsində yazıb.
O qeyd edib ki, ölkədə sosial narazılıqları kimlər yaradırsa, dərisini boğazından çıxarmaq lazımdır: "Hara baxırsan, qalaqlanan problem, narazılığı pikə çatan vətəndaş, vecsiz məmur… Ölkənin hara getdiyini görən yoxdur?!!"
Samir Musayev
MİA.AZ