Azərbaycan və "Meta" şirkəti arasında rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial medai hesabında yazıb.

Nazir bildirib ki, ABŞ-da "Meta" şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüşüb: "Görüşdə Azərbaycanın "Meta" ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi apardıq"