Bu gün İsrail ordusu Livana ağır formada bombalamağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livan rəsmi agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, İsrail döyüş təyyarələri ölkənin cənubundakı Çarmak, Mahmudiyyə, Zarariye, Ənsar, Tuffahta, Beiseriye, Rafi dağı, Səcəd, Reyhan, Armata, Caba, Tabneh və Vadi Benafol əraziləriə sarsıdıcı zərbələr endirib: "Bundan başqa, Livanın şərqindəki Qərbi Bekaa bölgəsindəki Zalaya Vadisi də qısa fasilələrlə 4 dəfə bombalanıb".

Livan mediası itkilər barədə açıqlama verməyib.

İsrail Ordusu isə açqılama yayaraq, bölgədə İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasının mövqelərini vurduqlarını bəyan edib.

Qeyd edilib ki, "Hizbullah"ın Ridvan Qüvvələrinə məxsus təlim düşərgəsi, silah anbarları, depoları və döyüş mövqeləri vurulur.

Tahir Şəlvəli

MİA.AZ