Türkiyədə daha br CHP funksioneri saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Antaliyanın Serik rayonunda yaşanıb.

Məlumata əsasən, CHP-nin sözügedən rayon üzrə sabiq sədri ı Şeref Çimen rüşvət ittihamı ilə qandallanıb.

İddiaya görə, o, bir ticarətçinin şikayətindən sonra tutulub: "Partiya funksioneri mağaza sahibinin şikayəti ilə saxlanılıb. Ticarətçi siyasətçinin ondan hansısa mübahisəli sənədinin qaydaya qoymaq adıyla 80 min tl (təxminən 3200 manat) rüşvət almaqda ittiham edib. Antaliya prokurorluğu istintaqı davam etdirir".

***

Son məlumata görə, o, ev dustaqlığına buraxılıb

Firudin Səfərli

MİA.AZ