Türkiyənin ana müxalifət partiyası CHP-dən istefalar davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün deputat Həsən Ufuk Çakır partiyasından istefa verib.
Bu barədə onun özü açıqlama verib: "Bu gün partiyamızı tənqidlərimə görə barəmdə Partiya Məclisinə daimi xaricedilmə tələbi ilə müraciət olunduğunu öyrəndim. Bu prosesin necə bitəcəyini gözləmədən Cümhuriyyət Xalq Partiyasındakı üzvlüyümdən könüllü olaraq istefa verirəm".
Firudin Səfərli
MİA.AZ