Türkiyədə otel qeydiyyatında yeni qaydalar qəbul olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni qaydaya əsasən, bunan sonra oteldfə otaq qeydiyyatı zamanı pasport və ya onun surəti alınmayacaq.

Bu istiqamətdə artan şikayətlərdən sonra Şəxsi Məlumatların Mühafizəsi Orqanı (KVKK) tərəfindən verilən qərara əsasən, otellərdə pasport (şəxsiyyət vəsiqələri) və ya onun surətinin çıxarılaraq saxlanılması qadağan olunub: "Bundan sonra yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi götürüləcək və bununla da qeydiyyat bitəcək".

Qərarda indiyə qədər surəti götürülmüş və arxivləşdirilmiş bütün pasport surətlərinin məhv edilməsi də otellərə tapşırılıb.

Ləman

MİA.AZ