Qətər vasitəçi ölkələrlə Qəzzada əldə edilən atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidin zəruriliyi barədə danşıqlar aparır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirilən mətbuat konfransında açıqlama verib.
O, Qəzzada həyəcanverici dərəcədə pozulan mövcud atəşkəsin davamlılığı üçün çalışmaqla yanaşı, ikinci mərhələnin ləngiməsinin prosesə zərər verdiyini deyib: "Atəşkəs razılaşmasının tez-tez pozulması razılaşmaya təhlükə yaradır, onun effektivliyini azaldır. Biz atəşkəsi qorumaqla yanaşı, mütləq ikinci mərhələyə başlamalıyıq".
Tahir Şəlvəli
MİA.AZ