Bu sözləriMovqe.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə söyləyib. Çingiz Qənizadə toylarda 500-800 nəfərlik məclislərin qurulmasını pisləyərək şadlıq evlərinin toy sahibinə menyu diktə etməsinə yol verilməməli olduğunu bildirib: "Şadlıq evlərində seçimi toy sahibi özü etməlidir. Müğənnilərin fonoqram oxuyub toy sahibindən bir ətək pul alıb getməsinin qarşısı alınmalıdır. Bunlar toy sahibindən 5-10 min manat alıb sonra bahalı maşınlarını, dəbdəbəli həyatlarını, yataq otaqlarını, şifonerlərinin ağzını açıb geyimlərini xalqa göstərirlər".
Çingiz Qənizadə: "Gəlib fonoqram oxuyub, burcudub 5-10 min manat alıb gedirlər"
"Bu gün yas mərasimləri ilə yanaşı toylarda da qayda-qanun yaratmağa ehtiyac var. Musiqiçilərlə bağlı toylarda əməlli-başlı özbaşınalıqdır. Gəlib fonoqram oxuyub, burcudub 5-10 min manat alıb gedirlər. Mədəniyyət Nazirliyindən bu yaramazları çağırıb qayda-qanun yaratmalıdır".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47