ANS TV-nin məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib ki, Amerika tərəfi böyük sülh sazişilə bağlı təkliflə çıxış edib:
"Deyə bilərəm ki, konstruktiv baxımından belə bir təklif səsləndirilib. Artıq vaxt çatıb ki, biz böyük sazişin üzərində həm Ermənistan, həm də həmsədrlərlə birgə işlərə başlayaq. Keçiriləcək görüşlər Madrid prinsiplərinin üzərində qurulacaq".