Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko ilə Ukraynadakı son vəziyyəti müzakirə ediblər.
İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Münaqişə tərəflərinin, bütövlükdə, atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub. ATƏT-in xətti ilə vəziyyətin monitorinqinin zəruriliyi qeyd olunub. Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunulub” - deyə məlumatda bildirilir.
Telefon danışığı zamanı prezidentlər arasında Ukrayna- Aİ assosiasiya sazişinin qüvvəyə minməsinin Gömrük İttifaqı ölkələri üçün fəsadları kontekstində fikir mübadiləsi aparılıb.
Putin və Poroşenko dialoqun davam etdirilməsinə dair razılığa gəliblər (APA).