Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "8-ci km Ticarət Mərkəzi”nin səhm emissiyasını qeydə alıb.
Mia.az bildirir ki, bu barədə fins.az-a QKDK-dən məlumat verilib.
Hərraca hər birinin nominal dəyəri 2 manat olan 515541 səhm çıxarılacaq.Beləliklə, bazar təxminən 1 milyon manat məbləğində qiymətləndirilib. Məlumata görə, emissiya qapalı olacaq, yəni buracxılan səhmləri yalnız bazarın indiyədək olan səhmdarları ala biləcək.