ANS PRESS-in məlumatına görə, Azərbaycandan NATO sammitində iştirak etmək üçün Uelsə gedən Ərdoğan Barak Obama ilə ikitərəfli görüşdə bölgədə yaşanan hadisələri müzükirə edib.
Görüşdə Fətullah Güənin qaytarılması və İŞİD məsələsi də müzakirə olunub.
Obama Türkiyənin ABŞ və müttəfiqləri üçün çox önəmli ölkə olduğunu bildirməklə yanaşı Türkiyənin məlumatlarının bölgədə yaşanan hadisələri aydınlaşdırmaq üçün əhəmiyyətli olduğunu bildirib. Ərdoğan isə ABŞ-la modern bir ortaqlıq etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ərdoğanla Obama arasında bir müddət əvvəl Gülən məsələsində fikir ayrılığı yaşanmışdı. Ərdoğan Gülənin ABŞ-dan deportasiya ollunmasını istəsə də ABŞ buna razılıq verməmişdi.

