Bu gün Muasir Musavat Partiyasının Mərkəzi qərargahında partiyanın idarə Heyəti və rayon təşkilat sədrləri ilə birgə toplantı keçirilib.Toplantıda ilk öncə dünyada və ölkədə gedən proçeslər müzakirə edilib.
Mia.az xəbər verir ki, son günlər ölkə prezidentinin keçirdiyi görüşlərin müsbət nəticələri haqda da söhbət açan MMP-çilər dövlətin əldə etdiyi uğurlara kölgə salan məqamları və həmin məqamları yaradan və yayan təşkilatları təxribatçılıqda qınayıblar. İllərdir xarici kəşfiyyatın informasiya qaynağı olan Leyla Yunus və digərlərinin müdafiəsinə qalxan "Freedom House”adlı təşkilatın Azərbaycana qarşı tutduğu qərəzli mövqe də müzakirə edilib .
Mərkəzi qərargahı ABŞ-da olan "Freedom House”insan hüquqları təşkilatının rəhbəri Devid Kramer Azərbaycan hökümətinə qarşı sanksiyaların tətbiqinə çağırıb. Toplantı iştirakçıları "Freedom House”nin və ona bənzər xarici təşkilatların bu cür çanfəşanlığının səbəbini anladıqlarını deyiblər: "Fredom House”təşkilatının hesabatı ölkədə fəaliyyət göstərən bəzi siyasilərin yürütdüyü xətlə üst-üstə düşür. Məntiq onu deməyə əsas verir ki,həmin hesabatlar xaricdə deyil, Azərbaycanda məqsədli şəkildə hazırlanıb və yayılıb. Bu provakasiyalarla nəyəsə nail olmaq mümkünsüzdür. Hesab edirik ki, bu cür təxribatlar erməni millətçi dairələrlə birgə Azərbaycana qarşı hazırlanmış oyundur və bu oyunun sonu onlara müsbət heç nə verməyəcək”.
Daha sonra qarşıdan gələn Bələdiyə Seçkiləri müzakirəyə çıxarılıb.
Toplantıda 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinin keçirilməsinə hazırlıq barədə müzakirə aparılıb və müvafiq qərarlar qəbul edilib. Eyni zamanda MMP-nin bu seçki ilə bağlı fəaliyyət planı təsdiq edilib. Qərara alınıb ki,ölkə ərazisini əhatə edən bələdiyələrin ən önəmlisinə namizədliklər irəli sürülsün.
Toplantının sonunda İdarə Heyəti cari məsələlər ətrafında fikir
mübadiləsi aparıb, təklif və tövsiyələr dinlənilib.