"Ərdoğanın prezident seçiləndən sonra ilk səfərini ölkəmizə etməsi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı baxımından yeni mərhələdir”.
Bu sözləri Editor.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov söyləyib.
Onun sözlərinə görə, səfər iki qardaş ölkənin dünya miqyasında nüfuzunu artıracaq: "Hesab edirəm ki, Ərdoğanın prezident seçiləndən sonra ilk səfərini Bakıya etməsi çox müsbət addımdır. Türkiyə rəhbəri bununla dünyaya mesaj verdi ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir və heç bir qüvvə iki qardaş ölkənin sarsılmaz birliyinə zərbə vura bilməz. Bu həm iqtisadi, həm siyasi, həm hərbi, ümumilikdə bütün sahələrdə əməkdaşlığı dərinləşdirəcək”.