Ana Vətən Partiyası Qubadlı rayon təşkilatının Sumqayıt şəhərində ofisinin açılışı olub.
Tədbirdə çıxış
edən natiqlər Qubadlı rayon təşkilatının ofisinin açılışının partiya həyatında
mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli rol
oynayacağını bildiriblər.
Çıxış edən
partiya fəalları həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn
bələdiyyə seçkilərinə hazırlıqdan danışdılar və ana vətənçiləri bələdiyyə
seçkilərində aktiv şəkildə iştiraka dəvət ediblər.