"Lisenziya, xüsusi icazə olmadan və müvafiq sənədlər təqdim olunmadan Azərbaycan gömrük orqanları heç bir dərman preparatını Azərbaycan ərazisinə buraxmır”. 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, psixotrop maddələrin və buna bənzər digər dərmanların dövriyyədən götürülməsi gömrük orqanının ixtiyarındadır: "Bəzi vətəndaşlar digər ölkələrə getdikdə öz tələbatı üçün resept əsasında dərman gətirir. O dərmanlar resept əsasında ölkəyə gətirilirsə, gömrük orqanları bununla bağlı heç bir tədbir görə bilməz. Ölkəyə idxal olunan dərman preparatlarına isə güclü nəzarət mövcuddur”.

APA-Economics