Mia.az-ın Bizimyol.info-ya istinadən məlumatına görə, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Məhkəmə binasının önündə səhər saatlarından etibarən Seymur Həzinin yaxınları, həmkarları və partiyadaşları toplaşıblar.
Dünən məhkəmənin saat 11:00-da olacağı elan edilmişdi.
***
"Azadlıq” qəzeti və "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da saxlanılan Seymur Həzi haqda Abşeron rayon məhkəməsi 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.