Türkiyədə bu gün hökümətin yeni siyahısı açıqlanacaq.
ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən baş nazir Əhməd Davudoğluya 62-ci hökümətin təşkil olunması ilə bağlı göstəriş verib.
Yeni kabinetin bu gün saat 16:00-a kimi açıqlanacağı gözlənilir. Davudoğlunun özünün yerinə xarici işlər naziri vəzifəsinə kimi təyin edəcəyi də maraq mövzusudur. Mətbuatda yayılan iddialara görə, Davudoğlunun yerinə xarici işlər naziri olaraq Türkiyənin Avropa Birliyindəki nümayəndəsi Mevlüt Çavuşoğlu keçəcək.
Mədəniyyət və turizm naziri Ömər Poladın isə Çavuşoğlunun postuna keçə biləcəyi gözlənilir. Ərdoğanın illərcə məsləhətçisi olan Poladın adı baş nazir müavini postu üçün də hallanır.
Hökümətin tərkibi dəyişəcək
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50