Rusiya Federasiyasının Baş nazir müavini Dmitri Roqozin Dövlət Dumasındakı çıxışında deyib ki, Rusiya nüvə silahından istifadə etməyə hazırdır.
İTAR-TASS xəbər verir ki, Baş nazir müavini çıxıında qeyri-nüvə silahlarını strateji mövqelərdə yerləşdirərək eksperiment aparmağın mümkünlüyünü dilə gətirib:
"Ancaq bir məqamı unutmaq olmaz ki, əgər bizə hücum olarsa, qəbul etdiyimiz doktrinalara müvafiq olaraq, şübhəsiz, nüvə silahlarının köməyi ilə ərazilərimizin, ali dövlət maraqlarımızın müdafiəsinə qalxacağıq”.
O həmçinin bildirib ki, istənilən təcavüzkar qruplar bunu dərk etməlidir və bu imkan Rusiya Federasiyasına qarşı təxribat və təcavüzün qarşısıını almağın başlıca faktorudur.