Qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli "Media forum” saytına bildirib ki, bu məsələyə komissiyanın növbəti iclaslarının birində baxılacaq.
Qeyd edək ki, iyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.
Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.
Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.