Beynəlxalq Münasibətlərinin Araşdırılması Mərkəzi Şərq Tərəfdaşlığı Cəmiyyəti Forumunun bir sıra QHT rəhbərlərinin həbsi ilə bağlı yaydığı məlumatla əlaqədar bəyanat qəbul edib.
"6 Avqust tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu tərəfindən Azərbaycanda bir sıra QHT rəhbərlərinin həbsi ilə bağlı bəyanat yaymışdır. Həmin bəyanata Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi öz etirazını bildirərək bəyan edir ki, hüquq müdafiəçisi adı ilə özünü və təmsil etdiyi qurumu kamufiyaj edən Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələrinə, Ermənistana səfərlər təşkil etmələrinə və qrant vəsaitləri alaraq müxtəlif birgə layihələr keçirdiklərinə görə həbs olunmuşdur. Digər adları çəkilən Anar Məmmədli, Həsən Hüseyinli və Rauf Mirqədirov isə xarici ölkələrlə və onların xüsusi xidmət orqanları ilə gizli layihələr həyata keçirərək,vergidən yayındıqlarına,dövlətə xəyanət,dələduzluq, qanunsuz sahibkarlıq maddələrilə təqsirləndirilmişdir. Onlar Azərbaycanın təhlükəsizliyi əleyhinə 2002-ci ildən etibarən təsis etdikləri QHT lər vasitəsilə bir neçə erməni ilə birlikdə Ermənistanın bir sıra QHT ləri arasında " Xalq Diplomatiyası adlı birgə layihəər həyata keçirmişdir. Bu layihə adları altında Leyla Yunus Beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri Azərbaycanda fəaliyyət görsədən kommersiya banklarına köçürülmüşdür. Təhlükəsizlik orqanların qeyd etdiyi kimi bu pulları isə xarici kəşviyyata işləyən şəxslərin cəsus kimi ələ alınması üçün istifadə etmişlər.
BMAM dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar və QHT lər mövcuddur.Azərbaycan konstitusiyasını, qanunlarını pozan, ölkəmizin milli maraqlarına zidd hərəkən edən hər bir kəs qanun qarşısında cəzasını almalıdır.Təəssüflər olsun ki, sapı özümüzdən olan bu baltalar xaricdəki dəstəkçilərin köməyi ilə indiyədək ölkənin ictimai siyası həyatında aktiv pozisiyaya sahib olub, insan hüquqları, hüquq müdafiəçisi, demokratiya və bu kimi ideyaların kölkəsində gizlənərək vətənə və xalqa xəyanət etmişlər. Hər bir ölkədə vətəninə xəyanət edən və xalqın təhlükəsizliyinə zərər gətirən hər bir şəxs kimliyindən asılı olmayaraq vətən xaini sayılır.Təhlükəsizlik və hüquq mühafizə orqanlarının Leyla Yunus,Arif Yunus,Rauf Mirqədirov,Anar Məmmədli,Həsən Hüseyli ilə bağlı iddihamları kifayət qədər ciddidir və hər bir kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq milli və siyasi təhlükəsizliyimizə qarşı yönələn bu cür halların aradan qaldırılması üçün Hüquq Mühafizə orqanlarının tədbirlər görməsinin vacibliyini bəyan edirik".