Tədbirdə MMP sədr müavini T.Ramazanova da iştirak edib.
MMP Qadınları toplandı
Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın Qadınlar Şurası toplantı keçirib.
Havaların isti keçməsi ilə bağlı bir müddətdir verilən fasiləyə artıq son qoyan MMP QŞ-nın İdarə Heyəti ilk öncə ölkədə və dünyada baş verən hadisələrlə bağlı müəyyən fakir mübadiləsi aparıblar.Daha sonra qərarların icrası və cari məsələlər müzakirə edilib.Qadınlar Şurasının gördüyü işlər və qadınların üzvlüyə cəlb edilməsi ilə bağlı ilk öncə MMP Qadınlar Şurasının sədri Zəhra Paşayeva hesabat xarakterli çıxış edib.Zəhra xanım qadınların partiyaya cəlb edilməsi haqda məlumat verərək,partiyaya xeyli sayda qadın üzvlərin cəlb edildiyini deyib.QŞ-nın sədri bu işdə fəal qadınlara öz minnətdarlığını bildirib.O,xüsusilə Sumqayıt ,Nərimanov,Yasamal ,Abşeron Qadınlar Şurasının daha fərqli və səmərəli işlər gördüklərini,onların partiya tərəfindən mükafatlandırılacağını deyib.
Toplantıda bir daha cəbhədə Atəşkəsin pozulması ,ordumuzun şücaəti,Qarabağ problemi ətrafında bəzi dövlətlərin məsələyə qərəzli yanaşma tərzindən söhbət açılıb.Beynəlxalq aləmin bütün ikili siyasətə son qoyaraq,problemin həllində obyektiv addım atmasını tələb edən MMP QŞ-nın üzvləri bununla da toplantını başa vurublar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51