Azərbaycan Liberal Partiyasının bəyanat verib. Bəyanatda deyilir: "Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-də Naxçıvan şəhərində bir dəstə naməlum şəxs tərəfindən vəhşicısinə döyülümüşdür. Azərbaycan Liberal Partiyası İlqar Nəsibovun zorakılığa məruz qalmasınının onun ictimai fəaliyyətilə bağlı olduğunu hesab edir və bu özbaşınalıqdan ciddi narahatdır. ALP hesab edir ki, İlqar Nəsibovu döydürənlər və döyənlər ən böyük zərbəni Azərbaycanda Qanuna, Hüquqa, Ədalətə və Azərbaycanın beynəlxaq nüfuzuna vurmuşlar". 

ALP Azərbaycan iqtidarını İlqar Nəsibovun döyülməsini sifariş edənləri və icra edənləri tezliklə ifşa edib, Qanunun bütün ciddiyyətilə cəzalandırmağa çağırır.