"Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?” Bunu modern.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.
Elçibəyin oğlu FHN-də işə düzəlməsi xəbərindən danışdı
Onu təbrik edəndə isə "Bunu hansı saytlar yazıb? Siz nə danışırsınız?” - deyə əsəbi cavab verib. "Yeni işinizə nə vaxt başlayacaqsınız” sualına isə "ümumiyyətlə, heç nə danışmaq istəmirəm. Sağ olun!” – deyərək telefonunu söndürüb.
Qeyd edək ki, Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılıb.
Ərturqut Əliyevin dayısı Mirmöhsün Mahmudov isə saytlara açıqlamasında xəbəri təsdiqləyərək əlavə edib ki, Ərturqut FHN-də kurs keçir və 3 aydan sonra işlə təmin olunacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51