Döyüşə yararlı silah-sursatlar məktəblərdən yığılır. Azərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı hesab olunan silah-sursatlar yığışdırılır. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, məktəblərdə bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdə söhbət yalnız döyüşə yararlı hesab olunan silah-sursatdan gedir
Ramil Usubov təhsil nazirinə məktub göndərdi
Onun sözlərinə görə, bu tədbirlər döyüş üçün heç bir təyinatı olmayan, təlim məqsədilə istifadə olunan silah-sursata aid edilmir: "Bununla bağlı daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə məktub daxil olub. Həmin məktub əsasında təhsil şöbələrinə məktub göndərilib, onlar da məktəblərdən döyüşə yararlı silah-sursatın yığışdırılması ilə bağlı yerli qurumlara göstəriş veriblər.
Yerlərdə vəziyyətə baxılır, məktəblərdə döyüşə yararlı silah-sursat varsa, rayon polis şöbələri təhsil şöbələri ilə birlikdə akt tərtib edir və həmin silah-sursat götürülür”.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51