Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiyada mükafatlandırılıb. 

M.Əliyeva "Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenlə təltif edilib.

Ümumrusiya Azərbaycan Konqresinin saytında yer alan xəbərə görə, Mehriban Əliyeva Rusiya-Azərbaycan arasındakı dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb. 

Qeyd edək ki, birinci xanımın rəhbərlik etdiyi Fond Həştərxanda bir sıra sosial layihələr həyata keçirib.

Həştərxanda Heydər Əliyev adına məktəb bərpa edilib. 

Rusiya-Azərbaycan dostluğunu əks etdirən "Dostluq körpüsü” parkının inşa edilib.

ANS