Ukrayna xarici siyasət idarəsinin başçısı Pavel Klimkin avqustun 12-də Ukrayna XİN-də Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova təntənəli şəkildə konsul ekzekvaturası təqdim edib.
Biznesmen konsulumuz fəaliyyətə başladı
Bu barədə AzərTAc-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat veriblər.
P.Klimkin vəzifəsinin icrasına başlaması münasibətilə Ə.Salmanovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mərasimdə iştirak edən Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev Ukraynada məlum vəziyyətə baxmayaraq, xoş mərama və bu məsələnin müsbət həllinə görə nazir P.Klimkinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu hadisə Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gələcək inkişafına, ikitərəfli regionlararası əməkdaşlığa təkan verəcək.
Mia.az xatırladır ki, Əfqan Salmanov Xarkovda oxuyub. O, təhsilində sonra bir müddət bu şəhərdə yaşayıb. Sonradan hazırkı konsulumuz biznes sahəsinə nüfuz etməyə başlayıb. Onun uğursuz biznesi də az olmayıb. Bundan sonra Sumi şəhərinə gedən Salmanov orada əkinçilik, qənnadı, şiriniyyat və digər sahələr üzrə kifayət qədər iri biznes qurub. Konsulumuzun biznesi artıq Ukraynanın bir neçə şəhər və bölgəsini də əhatə edir. O, əslən Zərdab rayonundandır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51