Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov da saxlanılıb.

Bu barədə Facebook sosial şəbəkəsində dostları məlumat verib.

Xatırladaq ki, hazırda Baş Prokurorluğun əməkdaşları RATİ-nin ofisində axtarış aparır.

***

Meydan TV-nin məlumatına görə, RATİ sədrinin bank hesablarına və ölkədən çıxışına da qadağa qoyulub. O, Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb.