Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan Respublikasının MüdafiəNaziri, genral-polkovnik  Zakir Həsənova müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

Cənab Nazir! Müasir Müsavat Partiyası cəbhə xəttində yaranmış gərgin vəziyyətdən çox narahat olub. Partiya dövlətə və orduya dəstək olmaq, torpaqlarımız uğrunda mübarizə aparmaq üçün vaxtilə orduda xidmət etmiş, ordu sıralarından tərxis olunmuş üzvlərinə çağırış edib. Partiyanın çağırışına 100-lərlə MMP-çi səs verib. 
 Hörmətli, cənab Nazir! Azərbaycanın torpaqlarını müdafiə etməyə qadir olan Silahlı Qüvvələrin gücü hamıya məlumdur. Amma illərdir bizə mənəvi əzab verən işğal olunmuş torpaqlarımızın azad olunması üçün bir Azərbaycan vətəndaşı olaraq gücümüzdən istifadə olunmasını istəyirik.İstənilən anda ölkənin Ali Baş Komandanının bütün əmirlərinə həmişə hazırıq. Hörmətli cənab Nazir! Müasir Müsavat Partiyasının 1000 nəfərlik könüllülərinə ,başda mən və oğlum olmaqla, cəbhəyə vuruşmağa getməsinə və partiyanın ziyalılardan ibarət İdarə Heyətinin təmas xəttində olan əsgərlərlə görüşməsinə icazə vermənizi sizdən artıq dərəcədə xahiş edirəm. 

Hörmətlə, 3 dəfə prezidentliyə namizəd Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev