Ölkənin mobil rabitə bazarının
lideri Azercell Telekom-un ən uğurlu layihələrindən olan Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzi biznes və sahibkarlıq dünyası ilə maraqlanan gənclər üçün
növbəti tədbiri keçirib. Avqustun 2-də "Biznes dünyasına giriş” adlı görüşdə
təcrübəli mütəxəsislər tərəfindən tədbir iştirakçılarına innovasiya, şirkət səhmləri və biznesin inkişaf prosesi
haqqında danışılıb. Tədbirdə Azercell Telekom MMC-nin əməkdaşı Kamran Səmədli "Strateji İnnovasiya” mövzusu ilə istər
gündəlik həyatda, istərsə də biznesdə yeniliklərin edilməsindəki şərtləri
tədbir iştirakçıları ilə paylaşıb. "Səhm alqı-satqısı” mövzusu ilə şirkətin
əməkdaşı Ağarza Məlikov yeni başlayanlar ilə şirkət səhmləri, onların
alqı-satqısı, analitikası və dəyərləndirilməsi haqda təcrübələrini bölüşüb.
Təcrübəli sahibkar, GoldenPay şirkətinin və Hesab.az portalının yaradıcısı
Fərid İsmayılzadə isə öz təcrübələrindən irəli gələn bir ideyanın startup-dan
səhmdar şirkətə qədər olan həyat tsikli haqda tədbir iştirakçılarına məlumat
verib.
Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi qısa müddət
ərzində Barama mərkəzinin dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub. Azərbaycandan
və dünyanın müxtəlif yerlərindən olan bir sıra böyük şirkətlərin dəstəyi ilə
gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları
keçirilib.
Bu günlərdə isə Azercell-in
dəstəyi və təşəbbüsü ilə Barama
Mərkəzinin yeni ofisi istifadəyə verildi. Bu mərkəz gələcək sahibkarların
ideyalarının daha effektiv reallaşması üçün gərəkli olan avadanlıqlarla təchiz
edilib. Yeni ofisdə layihələr çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi
üçün iri konfrans zalı mövcuddur. Həmçinin, mərkəz otaqları təlimlərin yüksək
səviyyədə baş tutması üçün smart lövhə ilə təmin edilib. Ofisin digər üstünlüyü
ondadır ki, burada gənc sahibkarlar günün 24 saatı fasiləsiz olaraq işləyib
mərkəzin imkanlarından yararlana bilərlər. Əvvəlki ofisdən fərqli olaraq, yeni
mərkəzdə, həm də, Brama layihəsi iştirakçılarının istirahəti üçün oyun zalı
yaradılıb.
Azercell hər zaman olduğu
kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə bütün sahələrdə
gənc nəslin yetişməsinə şərait yaradır və bütün istedadlı gəncləri Barama
İnnovasiya və Sahibkarlıq Mərkəzinə dəvət edir.